Mövsümün sonunda Türkiyə Super Liqasını tərk edəcək klubların sayı bəlli olub.
Sportal.az xəbər verir ki, 2022/2023 mövsümünün sonunda 2 komanda aşağı liqaya düşəcək. Bu barədə Türkiyə Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, əvvəlcədən 4 komandanın çempionatı tərk edəcəyi bildirilmişdi. Zəlzələ baş verən bölgələri təmsil edən "Hatayspor" və "Qaziantep" Super Liqada iştirakını dayandırdığı üçün bu say 2-yə endirilib. Eyni qayda Türkiyə 1-ci Liqasında da tətbiq olunub.
saytlarin hazirlanmasi