Xorvatiya millisinin sabiq müdafiəçisi Şime Vrsalko aktiv futbolçu karyerasını bitirmək qərarına gəlib.
Sportal.az Xorvatiya mətbuatına istinadən xəbər verir ki, 31 yaşlı veteran futbolçu bütün diqqətini agent fəaliyyətinə yönəltmək qərarına gəlib.
Xorvatiyalının son klubu “Olimpiakos” idi.
O, yanvardan bu yana azad agent statusu daşıyırdı.
Şime “Dinamo”(Zaqreb), “Lokomotiva”(Zaqreb), “Cenoa”, “Sassuola”, “Atletiko”(Madrid), “İnter” klublarında da oynayıb.
saytlarin hazirlanmasi