Niderland millisinin və "Atletiko"nun hücumçusu Memfis Depay "Barselona"nın yarımmüdafiəçisi Frenki De Yonqun martda keçiriləcək oyunlar üçün milli komandaya yollanmamaq qərarından məyus olduğunu bildirib.
Sportal.az xəbər verir ki, "Mundo Deportivo"ya danışan Depay bunları deyib:
"De Yonqun burada olmaması məni narahat edir.
Bu, mən, məşqçi, bütün komanda və ölkə üçün pisdir. O, bizim əsas oyunçularımızdan biridir. Ona zəng edib danışdım, zədəsi ciddi deyil. Tez sağalacaq. Frenki ilə çox yaxınam deyə, məyus oldum”.
saytlarin hazirlanmasi