Afrika Millətlər Kubokunun seçmə mərhələsində bir neçə oyun keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycanda legioner həyatı yaşayan iki futbolçu üz-üzə gəlib. Belə ki, Cənubi Afrika millisi üçüncü tur çərçivəsində evdə Liberiya yığmasını sınağa çəkib. Matç 2:2 hesabı ilə yekunlaşıb.
“Turan-Tovuz”un müdafiəçisi Siyanda Xulu start heyətində meydana çıxıb və sona qədər oynayıb. Liberiya millisinin heyətində “Sumqayıt”ın legioneri Terrens Tisdell də start heyətində oyuna başlayıb. O, 67-ci dəqiqədə komanda yoldaşı ilə əvəzlənib.
saytlarin hazirlanmasi