"Qalatasaray" Bakıda belə qarşılandı- FOTOLAR

10:01 - 26 Mart 2023

Türkiyənin "Qalatasaray" klubu bu gün "Qarabağ"la xeyriyyə matçında üz-üzə gələcək.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi dünən gecə saatlarında Bakıya gəlib. Heydər Əliyev adına Beynəlxalq Hava Limanında "sarı-qırmızılar"ı yüzlərlə azarkeş qarşılayıb.

Qeyd edək ki, "Qarabağ" - "Qalatasaray" qarşılaşması saat 20:00-da Bakı Olimpiya Stadionunda baş tutacaq.


Xəbər xətti