"Qarabağ" bu gün xeyriyyə matçında Türkiyənin "Qalatasaray" klubu ilə üz-üzə gəlib.
Sportal.az xəbər verir ki, saat 20:00-da Bakı Olimpiya Stadionunda baş tutan qarşılaşma İstanbul təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, "Qarabağ" - "Qalatasaray" görüşündən əldə olunan gəlir Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkən insanlar üçün göndəriləcək.
"Qarabağ" - "Qalatasaray" 1:2
Qollar: Redon Cica, 19 - Bafetimbi Qomis, 4, Mauro İkardi, 82
saytlarin hazirlanmasi