Türkiyə milli komandası Avro-2024-ün seçmə mərhələsi çərçivəsində səfərdə Ermənistanı 2:1 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, "ay-ulduzlular"ın fiutbolçusu Salih Özcan matçdan sonra açıqlama verib. "Borussiya"nın yarımmüdafiəçisi çətin oyun olduğunu bildirib:
"Azarkeşlərin bizi fitə basacağını bilirdik. Çox çətin və sərt matç olacağını təxmin edirdik. Ancaq qələbə qazanmağı bacardıq. Avro-2024 yolunda ilk addımı atdıq. Topu özümüzdə saxlamağa çalışdıq və bunu bacardıq. Nəticədə 2 qol vurduq və ölkəmizə 3 xalla qayıdırıq".
saytlarin hazirlanmasi