Türkiyənin "Beşiktaş" klubu qapıçısı Mert Günokla yola davam etmək istəyir.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi 34 yaşlı qolkiperə yeni müqavilə təklif edəcək. "Qara qartallar" Türkiyə millisinin üzvünün 2024-cü ilin yayında başa çatan sözləşməsini daha 2 il uzatmaq istəyir.
Qeyd edək ki, "Beşiktaş" Mert Günoku 2021-ci ilin yayında "Başakşehir"dən transfer edib. Təcrübəli "əlcək sahibi" cari mövsümdə komandanın heyətində 15 matçda meydana çıxıb.
saytlarin hazirlanmasi