İngiltərənin "Mançester Yunayted" klubu hücum xəttini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, "qırmızı şeytanlar"ın əsas hədəfi "Benfika"da çıxış edən Qonçalo Ramosdur. Bu barədə "Goal" nəşri məlumat yayıb. Portuqaliya klubu 21 yaşlı forvard üçün 120 milyon avro tələb edir. Premyer Liqa təmsilçisi Ramos üçün yayda lissabonlularla danışıqlara başlayacaq.
Qeyd edək ki, Qonçalo Ramos "Benfika"nın yetirməsidir. Portuqlaliya millisinin üzvü cari mövsümdə komandanın heyətində meydana çıxdığı 36 rəsmi matçda 24 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2026-cı ilin yayına kimidir.
saytlarin hazirlanmasi