"Zirə"nin legionerləri Toni Qomeslə İssa Cibrilla Afrika Millətlər Kubokunda məğlubiyyətlə qarşılaşıblar.
Sportal.az xəbər verir ki, Toninin şərəfini qoruduğu Qvineya-Bisau millisi evdə Nigeriyaya uduzub- 0:1.
İssanın isə oynadığı Niger millisi Əlcəzairə doğma meydanda 0:1 məğlub olub.
Hər iki futbolçu milli komandanın oyununu sonadək ehtiyat oyunçular skamyasından izləyib.
saytlarin hazirlanmasi