"Volfsburq"un baş məşqçisi Niko Kovaçın Premyer Liqada işləmək imkanı yaranıb.
Sportal.az "Was Online" portalına istinadən xəbər verir ki, "Tottenhem" Antonio Konteni postundan uzaqlaşdırdıqdan sonra "Volfsburq"a Kovaçla danışıq aparmaq üçün müraciət edib.
Amma danışıqlar baş tutmayıb. Buna səbəb klubun danışıqlara qarşı çıxmasıdır.
Kovaçın çalışdırdığı komanda hazırda Bundesliqada 7-ci pillədədir.
51 yaşlı mütəxəssisin Almaniya klubu ilə müqaviləsi 2025-ci il iyunun 30-da başa çatacaq.
saytlarin hazirlanmasi