"Turan Tovuz" müdafiəçisi Denis Marandiçinin müqaviləsinin müddətini 1+1 illik uzadıb.
Sportal.az xəbər verir ki, moldovalı sol cinah müdafiəçisi təəssüratlarını klubun mətbuat xidməti ilə bölüşüb. 26 yaşlı futbolçu sözləşməsini uzatdığı üçün sevincli olduğunu bildirib:
“İlk növbədə mənə göstərilən etimada görə klub rəhbərliyinə, baş məşqçimizə, məşqçi heyətimizə təşəkkürümü bildirirəm. Bizi daim dəstəkləyən azarkeşlərimizə də minnətdaram. Hər zaman onların dəstəyini yaxından hiss edirik və bu bizim üçün çox vacibdir. Böyük qürur və sevinc hissləri ilə müqavilə müddətimi uzatdım. Motivasiyam daha da artdı. Məqsədlərimizə çatmaq üçün çox çalışacağıq”.
Qeyd edək ki, Denis Marandiçi "Turan Tovuz"a qış fasiləsində keçib. O, qərb bölgəsi təmsilçisinin heyətində meydana çıxdığı 9 matçda 3 qol ötürməsi ilə yadda qalıb.
saytlarin hazirlanmasi