"Beşiktaş" "Real"ın sabiq futbolçusu ilə danışıq aparır

11:18 - 30 Mart 2023

"Olimpiakos"un yarımmüdafiəçisi Xames Rodriqes bu yay "Beşiktaş"a keçə bilər.

Sportal.az "Fotomac"a istinadən xəbər verir ki, Türkiyə klubu artıq futbolçu ilə danışıqlara başlayıb.

31 yaşlı kolumbiyalının Pirey klubu ilə müqaviləsi cari mövsümün sonunda başa çatır.

"Porto", “Monako”, “Real”(Madrid), “Bavariya”, “Eveton”, “Əl-Rayyan” klublarında oynamış təcrübəli futbolçu 2022-ci ildən “Olimpiakos”da çıxış edir. 

Xəbər xətti