Almaniyanın Qərb Regional Liqasında çıxış edən "Şalke-2"nin formasını geyinən azərbaycanlı forvard Rüfət Dadaşov məqsədlərindən danışıb.
Sportal.az "WAZ"a açıqlama verən Rüfət çempionatı üst pillədə başa vurmaq istədiklərini söyləyib:
"Etiraf etmək lazımdır ki, "Borussiya-2" (Münhenqladbax) bu mövsüm çox yaxşı çıxış edir. Ancaq hədəfimizə doğru getməli və liqada ikinci ən yaxşı olmağa çalışırıq. Bu mövsümdən maksimum yararlanmağa çalışmaq istəyirik".
"Şalke-2" 39 xalla 9-cu pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi