"Real"ın baş məşqçisi Karlo Ançelotti Braziliya millisinin ona marağının olmasını təsdiqləyib.
Sportal.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, italiyalı mütəxəssis özünün də Braziliya yığmasını çalışdırmaq istədiyini söyləyib:
"İşdən qovulmağımla bağlı şayiələr məni maraqlandırmır. Bunun mənə dəxli yoxdur, narahat deyiləm. Mən sadəcə klub üçün çalışıram. “Real" fərqli qərar verənə qədər buradayam. Özümü çox yaxşı hiss edirəm. Klub prezidentinin, azarkeşlərin və futbolçuların dəstəyini hiss edirəm. Qarşıda iki ayımız var, bundan sonra necə olacağına qərar verəcəyik. Hər kəs istədiyini deyə bilər. Bilirəm ki, mənim müqaviləm var və sona qədər işləyəcəm. Reallıq ondan ibarətdir ki, Braziliya millisi mənimlə maraqlanır. Bundan məmnunam. Lakin müqaviləyə hörmət etməliyəm və sona qədər onu yerinə yetirməliyəm".
63 yaşlı mütəxəssis 2021-ci ildən "Real"ı çalışdırır.
saytlarin hazirlanmasi