Futbol üzrə Cənubi Koreya çempionatında 5-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Anton Krivotsyukun formasını geyindiyi "Tecon Xana Sitizen" öz meydanında "Seul"u qəbul edib. Qarşılaşma ev sahiblərinin 3:2 hesablı qələbəsiylə başa çatıb.
Anton Krivotsyuk da bu görüşün iştirakçısı olub. 24 yaşlı müdafiəçi qarşılaşmaya satart heyətdə başlayıb və 81-ci dəqiqədə əvəzlənib.
Xallarını 11-ə yüksəldən "Tecon Xana Sitizen" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi