Futbol üzrə Latviya çempionatında 3-cü turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçular Ramin Nəsirli və Nazim Həsənzadənin formasını geyindiyi “Dauqavpils” doğma meydanda “Super Nova” ilə qarşılaşıb. Matç ev sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Ramin Nəsirli görüşə start heyətdə başlayıb və 89-cu dəqiqədə əvəzlənib. O, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Nazim isə 89-cu dəqiqədə meydana buraxılıb.
Qeyd edək ki, müqavilə ilə müvafiq olaraq “Neftçi” və “Turan Tovuz”a məxsus olan Raminlə Nazim “Dauqavpils”də icarə əsasında forma geyinirlər.
saytlarin hazirlanmasi