Elmar Baxşıyev: "Komandam meydanda qələbə üçün hər şey etdi"

20:29 - 2 Aprel 2023

"Qəbələ" Azərbaycan Premyer Liqasının 28-ci turunda səfərdə "Sabah"a 2:3 hesabı ilə məğlub olub.

Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında "qırmızı-qaralar"ın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırıb:

- Yaxşı, maraqlı və dinamik oyunun şahidi olduq. Hər iki komanda açıq futbol nümayiş etdirirdi. Komandam layiqli mübarizə apardı və meydanda qələbə üçün hər şey etdi. Rəqib təzyiq göstərəndən sonra müdafiədə boşluq yarandı və qələbəni əldən verdik.

- Yenə "Zirə"ni keçmək fürsətini əldən verdiniz...

- Bu oyunu udub "Zirə"ni keçmək kimi bir anlayış yox idi. Komanda sadəcə qələbə qazanmaq istəyirdi. İnanıram ki, sona kimi mübarizədən qopmayacağıq.

- Əvəzetmə vaxtında edilsəydi, nəticə fərqli ola bilərdi?

- Əvəzetməni hazırlayırıq. Bir dəyişiklik 3 dəqiqə vaxt aparır. Çox hakimliyin üstünə atmaq istəmirəm. Amma düşünürəm ki, oyunçunu daha tez meydana buraxmaq olardı. 

- Millinin köməkçi məşqçisi Arif Əsədov bildirib ki, futbolçular fiziki cəhətdən hazır deyillər. Sizin bu fikrə münasibətiniz necədir?

- "Qəbələ" 90 dəqiqə ritmi saxlayan komandalardandır. Təəssüf ki, bizim komandadan millidə oyunçu yoxdur. Düşünürəm ki, millinin uğursuzluğu fiziki durumla bağlı deyil. Buraxdığımız qollar fərdi səhvlərdəndir.

Elçin Əlixan

Xəbər xətti