Mahir Emrelinin formasını geyindiyi "Konyaspor" Türkiyə Super Liqasının 27-ci turunda səfərdə "Ümraniyespor"la 2:2 hesablı heç-heçə edib.
Sportal.az xəbər verir ki, millimizin üzvü matça start heyətdə başlayıb və 67-ci dəqiqədə əvəzlənib.
Xallarını 35-ə yüksəldən "Konyaspor" turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.