"Real"dan 6 cavabsız qol - VİDEO

22:07 - 2 Aprel 2023

İspaniya La Liqasında 27-ci turun oyunları davam edir.

Sportal.az xəbər verir ki, "Real" doğma meydanda "Valyadolid"i qəbul edib. Qarşılaşma "kral klubu"nun 6:0 hesablı qələbəsi ilə yükunlaşıb.

Xallarını 59-a yüksəldən "Real" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Madridlilər lider "Barselona"dan 12 xal geri qalır. "Valyadolid" isə 28 xalla 16-cı yerdədir.

"Real" - "Valyadolid" 6:0

Qollar: Rodriqo, 22, Kərim Benzema, 29, 32, 36, Asensio, 73, Lukas vaskes, 90+1

Xəbər xətti