Türkiyənin "Beşiktaş" klubunun heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, "qara qartallar"ın müdafiəçisi Tayyip Talha Sanuç sıradan çıxıb. Super Liqanın 27-ci turunun "Fənərbaxça" ilə matçında (4:2) zədələnən 23 yaşlı mərkəz müdafiəçisinin durumu ciddidir. "TRT Spor"un məlumatına görə, türk futbolçunun diz bağları qopub və o, uzun müddət yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, "Beşiktaş" Tayyip Talha Sanuçu mövsümün əvvəlində "Adana Demirspor"dan transfer edib. Türkiyə millisinin üzvü İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 25 matçda 3 qol vurub.
saytlarin hazirlanmasi