"Yuventus"un futbolçusu yenə zədələndi

20:14 - 3 Aprel 2023

İtaliyanın "Yuventus" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, Turin təmsilçisinin yarımmüdafiəçisi Federiko Kyeza yenidən zədələnib. 25 yaşlı vinger komandanın məşqi zamanı dizində ağrı hiss edib. O. hazırlıq prosesini davam etdirə bilməyib.

İtaliya millisinin üzvü tibbi müayinədən keçəcək. Onun əməliyyat olunacağı gözlənilir.

Qeyd edək ki, Federiko Kyeza cari mövsümdə "Yuventus"un heyətində meydana çıxdığı 17 matçda 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti