Üçüncü dəfə İstanbul klubuna baş məşqçi təyin olundu

16:12 - 4 Aprel 2023

Türkiyənin "Kasımpaşa" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisini Kemal Özdeş çalışdıracaq. Bu barədə Super Liqa klubunun rəsmi saytı məlumat yayıb. 52 yaşlı mütəxəssis bu postda bir neçə gün əvvəl istefaya göndərilmiş Selçuk İnanı əvəz edib.

Kemal Özdeş üçüncü dəfə "Kasımpaşa"nın baş məşqçisi postunu icra edəcək. O, daha əvvəl 2016-2018-ci illərdə (86 matç) və 2019-cu ildə (15 matç) bu komandanı çalışdırıb.

Xəbər xətti