"Barselona" "El Klasiko"ya ciddi itkilərlə çıxacaq

17:08 - 4 Aprel 2023

"Barselona" İspaniya Kral Kubokunun yarımfinal mərhələsinin cavab görüşü çərçivəsində "Real"la qarşılaşacaq.

Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisi bu oyuna ciddi itkilərlə çıxacaq. "Barsa"nın futbolçuları Andreas Kristensen, Pedri, Frenki de Yonq və Usman Dembele zədə səbəbindən "El Klasiko"da iştirak edə bilməyəcək.

Qeyd edək ki, "Barselona" - "Real" qarşılaşması sabah Bakı vaxtilə saat 23:00-da baş tutacaq. Komandalar arasındakı ilk görüş Xavinin yetirmələrinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Xəbər xətti