"İmişli"nin futbolçusundan möhtəşəm qol - VİDEO

18:39 - 4 Aprel 2023

Futbol üzrə Azərbaycan I Divizionunda XXIII tura start verilib.

Sportal.az xəbər verir ki, bu gün "İmiçşli" səfərdə "Zaqatala"nın qonağı olub. Bölgə təmsilçilərinin dueli ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 31-ə yüksəldən "Zaqatala" turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. Aktivində 19 xal olan "İmişli" isə 13-cü yerdədir.

"Zaqatala" - "İmişli" 3:1

Qollar: Elnur İbragimov, 10, Bəhruz Teymurov, 40, Rəhman Şabanov, 68 - Tolqar Yaqubov, 58

Xəbər xətti