Messiyə 400 milyon avroluq təklif

17:17 - 5 Aprel 2023

Yayda PSJ-dən ayrılacağı gözlənilən Lionel Messiyə Səudiyyə Ərəbistanından təklif var.

Sportal.az xəbər verir ki, argentinalı hücumçunu heyətinə qatmaq istəyən klub "Əl Hilal"dir. Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb. Asiya təmsilçisi 35 yaşlı futbolçuya illik 400 milyon avroluq təklif göndərib. Messi təklifə hələ ki, cavab verməyib.

Qeyd edək ki, Lionel Messi 2021-ci ilin yayından PSJ-də çıxış edir. O, Fransa klubunun heyətində meydana çıxdığı 67 rəsmi matçda 29 qol və 32 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti