Redon Cica 400 min avroluq hücumçunu "Qarabağ"a dəvət etdi - FOTO

18:44 - 5 Aprel 2023

"Qarabağ"ın futbolçusu Redon Cica "Tirana"dan sabiq komanda yoldaşı olan Florent Hasanini Ağdam təmsilçisinə dəvət edib. 

Sportalaz xəbər verir ki, Cica 26 yaşlı hücumçunun İnstaqram paylaşımına "Qarabağ"a gəl, qardaşım" şərhini yazıb. 

Hasani sağ cinah hücumçusudur. 2022-ci ildən Albaniya təmsilçisində çıxış edən Florentin klubla müqaviləsinin müddəti 2024-cü ildə başa çatır. Kosovolu futbolçunun "Transfermarkt"də satış qiyməti 400 000 avrodur.

Qeyd edək ki, bir müddət əvvəl Albaniya mətbuatı Florent Hasani ilə Türkiyə və Azərbaycan klublarının maraqlandığı barədə xəbər yazmışdı.


Xəbər xətti