La Liqa klubunun yeni baş məşqçisi açıqlandı

20:57 - 5 Aprel 2023

İspaniyanın "Valyadolid" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Sportal.az xəbər verir ki, la Liqa təmsilçisini Paulo Pezzolano çalışdıracaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Uruqvaylı mütəxəssislə 2024-cü ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Paulo Pezzolano son olaraq "Kruzeyro"nun baş məşqçisi olub.

Qeyd edək ki, "Valyadolid" dünən Xuan Xose Roxo Martinlə yollarını ayırıb.

Xəbər xətti