Haaland "Bavariya"ya qarşı oynayacaq?

21:18 - 5 Aprel 2023

Çempionlar Liqası 1/4 final mərhələsinin "Bavariya" ilə matçlarından öncə "Mançester Siti"nin düşərgəsində sevinc yaşanıb.

Sportal.az xəbər verir ki, "şəhərlilər"in hücumçusu Erlinq Haaland zədəsini sağaldıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Norveçli forvard artıq komanda ilə məşqə çıxıb.

Erlinq Haaland İngiltərə kuboku çərçivəsində “Mançester Siti”nin “Bernli”yə 6:0 hesabı ilə qalib gəldiyi oyunda qasıq nahiyəsindən zədə almışdı.

Qeyd edək ki, "Mançester Siti" "Bavariya" ilə ilk oyunu 11 aprel tarixində doğma meydanda keçirəcək. Komandalar arasına cavab görüşü bir həftə sonra Münhendə baş tutacaq.

Xəbər xətti