Region Liqasında pley-off mərhələsinin püşkü atıldı

13:13 - 6 Aprel 2023

Bu gün AFFA-nın inzibati binasının iclas zalında Region Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.

Sportal.az xəbər verir ki, ilk oyunlar 8-9 aprel, cavab qarşılaşmaları isə 15-16 aprel tarixlərində keçiriləcək.

Qeyd edək ki, Naxçıvan Region Liqasının qalibi 4-cü komanda kimi yarımfinala vəsiqə qazanacaq. Yarımfinal və final qarşılaşmaları bir oyundan ibarət olmaqla neytral meydanda təşkil olunacaq.

Xəbər xətti