Niderlandın "Fortuna Sittard" klubunda çıxış edən Burak Yılmaz karyerasını bitirməyə hazırlaşır.
Sportal.az xəbər verir ki, 37 yaşlı hücumçu məşqçiliyə başlamağı planlaşdırır. Bu barədə "Sabah" nəşri məlumat yayıb. Türkiyə millisinin sabiq üzvünün "Beşiktaş"ın baş məşqçisi Şenol Günəşin məqşçilər korpusunda yer alacağı gözlənilir.
Qeyd edək ki, Burak Yılmaz mövsümün əvvəlində "Fortuna Sittard"a keçib. Təcrübəli forvard komandanın heyətində meydana çıxdığı 26 matçda 9 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Burak 2006-2008 və 2019-2020-ci illərdə "Beşiktaş"da çıxış edib.
saytlarin hazirlanmasi