Türkiyənin "Qalatasaray" klubu mövsümün sonunda hücum xəttini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, "sarı-qırmızlar"ın əsas hədəfi "Marsel"də çıxış edən Aleksis Sançesdir. Fransa klubu 1+1 illik müqavilə imzalayan çilili hücumçunun sözləşməsini uzatmayacaq. 34 yaşlı forvard yayda azad agent statusu ilə "Qalatasaray"a keçə bilər.
Qeyd edək ki, Aleksis Sançes "İnter"dən ayrıldıqdan sonra yayda "Marsel"ə keçib. Təcrübəli futbolçu Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 35 rəsmi matçda 16 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi