"Roma"nın baş məşqçisi Joze Mourinyo Səudiyyə Ərəbistanında çalışa bilər.
Sportal.az xəbər verir ki, 60 yaşlı mütəxəssisə bu ölkənin milli komandasına rəhbərlik etmək təklif olunub. Bu barədə "Corriere dello Sport" məlumat yayıb. Mourinyoya illik 60 milyon avro maaş olmaqla 2 illik sözləşmə təklif olunduğu bildirilir.
Qeyd edək ki, Joze Mourinyo 2021-ci ildən "Roma"nı çalışdırır. Portuqaliyalı mütəxəssisin İtaliya klubu ilə müqaviləsi 2024-cü ilin yayına kimidir.
saytlarin hazirlanmasi