"Tirana"nın baş məşqçisi Orqes Şehi Sportal.az saytına açıqlama verib. Gənc mütəxəssis yeni mövsümdən Premyer Liqamızda oynayacağı iddia edilən Albaniya klubunun forvardı Florent Hasani barədə danışıb.
Şehi bildirib ki, 24 yaşlı hücumçunun komandada qalıb-qalmayacağı bəlli deyil: "Hasaninin Azərbaycan Premyer Liqasında mümkün çıxışı barədə məlumatı mətbuatdan oxuyuram. Yəni, onun Azərbaycana yollanıb-yollanmayacağı barədə məlumatsızam. Nələr baş verdiyini bilmirəm. Hasani "Tirana"da qalacaq ya, yox onu bilmirəm. Hər halda, klub buna qərar verəcək. Bəlkə də, yeni mövsüm mən özüm də “Tirana”da qalmadım və Albaniyadan ayrıldım. Ona görə də, Hasaninin yeni mövsümlə bağlı planlarından məlumatsızam".
Albaniya nəhənginin çalışdırıcısı Redon Cicinin "Qarabağ"dakı performansına da toxunub: "Cicanın “Qarabağ”dakı çıxışına görə şadam. Məncə, onun 2-3 aya ehtiyacı var. Bu müddət geridə qaldıqdan sonra Redon “Qarabağ”ın ən vacib oyunçusu olacaq".
Mirbağırağa