"Qalatasaray"da şok itki

23:04 - 7 Aprel 2023

Türkiyənin "Qalatasaray" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin aparıcı üzvlərindən olan Abdulkerim Bardakçı sıradan çıxıb. Bu barədə "cim bom"un mətbuat xidməti məlumat yayıb. 28 yaşlı mərkəz müdafiəçisi ayaq əzələsindən zədə alıb. Onun yaşıl meydanlara qayıdışı müalicə presesindən asılı olacaq.

"Qalatasaray" Abdulkerim Bardakçını mövsümün əvvəlində "Konyaspor"dan transfer edib. türkiyə millisinin üzvü "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 24 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti