Mahir Emreli oynadı, "Konyaspor" "Antalyaspor"la heç-heçə etdi

23:32 - 7 Aprel 2023

Türkiyə Super Liqasında 28-ci turun görüşləri keçirilir.

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü olan Mahir Emrelinin formasını geyindiyi "Konyaspor" doğma meydanda "Antalyaspor"u qəbul edib. Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.

Mahir Emreli də bu oyunun iştirakçısı olub. 26 yaşlı forvard 66-cı dəqiqədə Muhammet Demirin əvəzinə meydana daxil olub.

28 turdan sonra 36 xal toplayan "Konyaspor" turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

Xəbər xətti