Mahir Emrelinin formasını geyindiyi "Konyaspor" Türkiyə Superliqasının XXVIII turunda doğma meydanda "Antalyaspor"la 1:1 hesablı heç-heçə edib.
Sportal.az xəbər verir ki, ev sahiblərinin baş məşqçisi Aleksandar Stanoyeviç matçdan sonra komanda və azərbaycanlı futbolçunun performansını dəyərləndirib:
"İkinci hissədəki əvəzetmələrlə oyundakı kontrolu əlimizə almağa çalışdıq. Buna görə də Mahir Emrelini meydana buraxdıq və cərimə meydançasına yaxın bir mövqeyə göndərdik. Endri Çekici və Emreli real qol epizodlarından yararlana bilmədi. Nəticə isə heç-heçə oldu".
Qeyd edək ki, Mahir Emreli 66-cı dəqiqədə meydana çıxıb.
saytlarin hazirlanmasi