"Bavariya" Çempionlar Liqası 1/4 final mərhələsinin "Mançester Siti" ilə ilk oyununa ciddi itki ilə çıxacaq.
Sportal.az xəbər verir ki, Almaniya klubunun hücumçusu Erik Maksim Şupo-Motinq sıradan çıxıb. Bu barədə Münhen təmsilçisinin rəsmi saytı məlumat yayıb. Dizində zədə olan 34 yaşlı forvardın yaşıl meydanlara nə vaxt qayıdacağı məlum deyil.
Qeyd edək ki, "Mançester Siti" - "Bavariya" qarşılaşması sabah Bakı vaxtilə saat 23:00-da baş tutacaq. Komandalar arasında cavab görüşü aprelin 19-da Almaniyada keçiriləcək.
saytlarin hazirlanmasi