"Beşiktaş"ın müdafiəçisi Tayyip Talha Sanuç əməliyyat olunub.
Sportal.az xəbər verir ki, Super Liqanın "Fənərbaxça" ilə matçında (4:2) zədələnən 23 yaşlı mərkəz müdafiəçisi bu gün uğurlu əməliyyat keçirib. Türkiyə millisinin üzvü 6 ay yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, "Beşiktaş" Tayyip Talha Sanuçu mövsümün əvvəlində "Adana Demirspor"dan transfer edib. Türk müdafiəçi İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 25 matçda 3 qol vurub.