İspaniyanın "Real" klubunun hücumçusu Kərim Benzema gələcəyi ilə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, fransalı forvard Madriddə qalmaq istəyir. Bu barədə "Marca" nəşri məlumat yayıb. 35 yaşlı futbolçu ən azı bir il "kral klubu"nda qalmağa qərar verib. O, yayda bitən sözləşməsinin müddətini 2024-cü ilin yayına kimi uzatmağı düşünür.
Səudiyyə Ərəbistanından cəlbedici təklif alan Benzema 1 il də La Liqa klubundan oynadıqdan sonra Asiyaya yollanmağı planlaşdırır.
Qeyd edək ki, Kərim Benzema cari mövsümdə "Real"ın heyətində meydana çıxdığı 32 matçda 25 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi