Avropalılar Musadan yazdı: "İtaliyanın bəzi klublarının maraq dairəsinə düşüb"

15:27 - 11 Aprel 2023

"Qarabağ" və Azərbaycan millisinin hücumçusu Musa Qurbanlı performansı ilə İtaliyada da diqqətləri üzərinə çəkib.

Sportal.az xəbər verir ki, "TUTTOmercatoWEB" portalı Ağdam klubunun 20 yaşlı hücumçusu haqda bunları yazıb:

"Musa Qurbanlı qanında, damarlarında futbolla döyünən ailədəndir. O, adını uzun müddət Azərbaycan futbolu tarixinə yazmış “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğludur. Qurbanlı bütün keyfiyyətlərə malikdir ki, o, ölkə hüdudlarından kənarda da yerli futbolun vitrininə çevrilə bilər. Çempionatın bu mövsümündə 20 qola imza atan "Qarabağ"ın 20 yaşlı hücumçusu komandasını növbəti çempionluğa sürükləyir. Artıq Türkiyə klublarının agentləri onu yaxından izləyir. Musa oynadığı liqanın ən güclü olmadığına baxmayaraq, Avropanın ən yaxşı gənc qolçusudur. Hətta millinin heyətində qol vurmağı bacarıb. Azərbaycanda da özlərinin yerli Xviça Kvaratsxeliyasını arzulayırlar. Deyəsən, Qurbanlı İtaliyanın bəzi klublarının maraq dairəsinə düşüb”.

Xəbər xətti