"Barselona"nın hücumçusu Robert Levandovski komandaya qayıdacağı gündəmdə olan Lionel Messi haqda danışıb.
Sportal.az xəbər verir ki, polşalı forvard 35 yaşlı futbolçunun Kataloniyaya dönüşünü çox istədiyini deyib:
"Messi həmişə "Barselona"ya aid olub. Geri dönsə, möhtəşəm olar. Bura onun evidir. Ümid edirəm, növbəti mövsümdə "Barselona"da birlikdə oynayarıq".
Qeyd edək ki, Lionel Messinin PSJ ilə müqaviləsi mövsümün sonunda bitir. İspaniya mətbuatı argentinalı ulduzun "Barselona"ya qayıdacağını iddia edir.
saytlarin hazirlanmasi