Türkiyənin "Trabzonspor" klubu yeni baş məşqçi axtarışlarını davam etdirir.
Sportal.az xəbər verir ki, Qara Daniz təmsilçisi hazırda "Fatih Karagümrük"ü çalışdıran Andrea Pirlonu komandaya gətirməyi planlaşdırır. Bu barədə yerli media məlumat yayıb.
"Trabzonspor" rəhbərliyi italiyalı mütəxəssislə görüşüb şərtlərini irəli sürüb. Pirlo özü də "bordo-mavilər"in baş məşqçisi olmağa isti yanaşır.
Qeyd edək ki, Andrea Pirlo mövsümün əvvəlində "Fatih Karagümrük"ün baş məşqçisi təyin olunub. Komanda hazırda Super Liqada 34 xalla 9-cu pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi