Türkiyə Avropa çempionatı üçün namizədliyini irəli sürdü

18:59 - 12 Aprel 2023

Türkiyə Avropa çempionatına ev sahibliyi etmək üçün rəsmi olaraq UEFA-ya müraciət edib.

Sportal.az xəbər verir ki, qonşu ölkə Avro-2028 və Avro-2032 üçün namizədliyini rəsmi şəkildə irəli sürüb. Bu barədə Türkiyə Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Müvafiq sənədlər UEFA-nın İsveçrənin Nyon şəhərində yerləşən ofisinə təqdim olunub.

Türkiyə Avropa çempionatı oyunları üçün 9 stadion sifariş edib: İstanbul Olimpiya Stadionu, "NEF Stadionu", "Ülker Stadionu", Konya Şəhər Stadionu, Bursa Şəhər Stadionu, Şenol Güneş adına Trabzon Stadionu, Antalya Stadionu, Eskişehir Atatürk Stadionu, Qaziantep Kalyon Stadionu.

Xəbər xətti