Arda Turan baş məşqçi təyin olundu

15:20 - 14 Aprel 2023

Türkiyə milli komandasının sabiq üzvü olan Arda Turan məşqçiliyə başlayıb.

Sportal.az xəbər verir ki, 36 yaşlı mütəxəssis "Eyüpspor" klubunu çalışdıracaq. Bu barədə I Liqa təmsilçisinin İdarə Heyətinin üzvü Fatih Kulaksız məlumat verib. Gənc məşqçi ilə 1,5 illik müqavilə imzalanıb.

"Eyüpspor" Türkiyə I Liqasında 31 turdan sonra 57 xalla turnir cədvəlinin III pilləsində qərarlaşıb.

Qeyd edək ki, Arda Turan futbolçu karyerası ərzində "Manisaspor", "Atletiko", "Barselona", "Başakşehir" klublarında çıxış edib. "Qalatasaray"ın yetirməsi olan Arda son olaraq da "sarı-qırmızılar"ın formasını geyinib.

Xəbər xətti