PSJ Fransa çempionatının 31-ci turunda doğma meydanda "Lans"ı 3:1 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, Paris təmsilçisinin 3-cü qolunun müəllifi olan Lionel Messi TOP-5 çempionatlarında 495-ci dəfə fərqlənib. Argentinalı hücumçu bu göstəricidə Kriştiano Ronaldoya çatıb. Messi bir qol da vursa, rekordçu olacaq.

Qeyd edək ki, Kriştiano Ronaldo hazırda Səudiyyə Ərəbistanının "Əl Nəsr" klubunda çıxış edir.