"Fənərbaxça" növbəti itki ilə üzləşib.
Sportal.az "Fanatik"ə istinadən xəbər verir ki, İstanbul klubunun yarımmüdafiəçisi Miha Zayç sıradan çıxıb.
Sloveniyalı futbolçu 29-cu turda "Ankaragücü"nə qarşı keçirilmiş matçda zədələnib. Onun sol ayağının əzələsində yırtıq aşkarlanıb.
Adıçəkilən futbolçununu minimum iki həftə komandasına kömək edə bilməyəcəyi gözlənilir.
"Fənərbaxça"nın qapıçısı Altın Bayındır iki gün əvvəl əməliyyat edilib.
saytlarin hazirlanmasi