Türkiyə çempionu xorvatiyalı ilə anlaşdı

22:32 - 18 Aprel 2023

"Trabzonspor"un yeni baş məşqçisinin adına aydınlıq gəlib. 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Türkiyə çempionu Nenad Byeliça ilə anlaşıb. 

51 yaşlı xorvatiyalı 2025-ci ilin yayına qədər Qaradəniz klubuna rəhbərlik edəcək. 

Adıçəkilən məşqçi "Spetsiya", "Lex", "Dinamo"(Zaqreb) və "Osiyek"də işləyib. 

Xəbər xətti