İstanbul klubu baş məşqçini istefaya göndərdi

19:32 - 19 Aprel 2023

Türkiyə Super Liqasında mövsümün növbəti baş məşqçi istefası gerçəkləşib.

Sportal.az xəbər verir ki, "Ümraniyespor" Recep Uçarla yollarını ayırıb. Bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb. 47 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Recep Uçar 2020-ci ilin oktyabr ayından "Ümraniyespor"un baş məşqçisi idi. Komanda onun rəhbərliyi altında Super Liqaya yüksəlmişdi.

Qeyd edək ki, 30 turdan sonra 23 xal toplayan "Ümraniyespor" Super Liqada turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.

Xəbər xətti