Türkiyə klubu baş məşqçisini postundan göndərdi

10:11 - 20 Aprel 2023

Türkiyə Superliqasının təmsilçisi "Alanyaspor" baş məşqçisiz qalıb.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, adıçəkilən klub Ersun Yanalla yollarını ayırıb.

61 yaşlı mütəxəssisin müqaviləsinə xitam verilib. Türkiyə millisini də çalışdırmış Yanal fevralın 27-də "Alanyaspor"un baş məşqçi postuna dəvət edilmişdi.

"Alanyaspor" türkiyəli məşqçinin rəhbərliyi altında 6 görüşə çıxmış, 1 qələbə qazanıb, 4 dəfə məğlub olmuş, birində bərabərə qalmışdı. "Alanyaspor" Superliqada 32 xalla 12-ci pillədədir.

Xəbər xətti